Almaniya Daxili İşlər Nazirliyi Rusiyada siyasi səbəblərə görə, təqib olunan şəxslər bəradə açıqlama verib.
Ednews.net Almaniya Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın müxalif siyasi fəalları Almaniyanın miqrasiya qanuna uyğun olaraq, eləcə də beynəlxalq hüquq və ağır humanitar problemlərini rəhbər tutaraq Almaniyada sığınacaq almaq üçün müraciət edə bilərlər.
Sığınacağa müraciət etmək üçün rusiyalı hüquqşünaslara, müxalifətin üzvlərinə, müharibə əleyhdarlarına, eyni zamanda Rusiya dövlətinin hədəfində olan təşkilatların əməkdaşlarına şamil edilib.
Bununla bərabər, Rusiyada izlənilən və təqiblərə məruz qalan müstəqil media orqanlarının əməkdaşları da Almaniyada sığınacaq axtara bilərlər.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatına görə, mayın ortalarından indiyədək 241 Rusiya vətəndaşına yaşayış icazəsi verilib. Onların arasında 144 müxalifətçi, onların 97 ailə üzvü var.
Yunis Abdullayev