Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında işgüzar görüş baş tutacaq.
Ednews xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
“Ölkə başçısı Rusiyaya işgüzar səfər edib. Liderlərin danışıqları yaxın vaxtlarda başlayacaq”, - Lukaşenkonun ətrafı bildirib.
Həftə sonu Lukaşenkonun təyyarəsinin Soçiyə enməsi barədə informasiya yayılsa da, bu barədə rəsmi məlumat verilməyib.