Vətən Müharibəsində yanımızda və qarşımızda mövqe tutan ÖLKƏLƏR SİYAHI

Siyasət 12:15 27.09.2022
2020-ci ilin bu günü, sentyabrın 27-də şanlı ordumuz Zəfər dastanını yazmağa başladı. 44 gün ərzində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı 30 illik düşmən tapdağından azad etdi. 
Atalarımız hər zaman deyir: “Dost dar gündə tanınar”.
 
Ednews "bizim.media"ya istinadən xəbər verir ki, biz də 44 gün ərzində dostumuzu da, düşmənimizi də daha yaxından tanıdıq. Bu müddət ərzində Azərbaycanın haqq savaşına dəstək verib, yanımızda olan ölkələr oldu:
 
Türkiyə
 
Vətən Müharibəsinin başladığl gündən sonadək Azərbaycanın yanında olduğunu bildirən və dəstəyini əsirgəməyən ölkələrin siyahısında qardaş Türkiyə ilk sıradadır. Türkiyə rəsmiləri həmin dönəmdə bütün çıxışlarında Azərbaycana dəstəklərini aydın formada ifadə etməklə yetinmədilər, eyni zamanda haqq savaşımıza kənar müdaxilə olacağı təqdirdə yanımızda olacaqlarının da mesajını verdilər.
 
Pakistan
 
Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır. Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün  "qardaş ölkə" ifadəsini işlədərək yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dəstəklədiyini bildirib.
 
İsrail
 
Azərbaycana açıq dəstək verən ölkələrdən biri də İsraildir. Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində Azərbaycanın yanında birləşiblər. İsrail nəinki siyasi dəstək verib, hətta müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərmələ köməyini əsirgəməyib.
 
Böyük Britaniya
 
Dünyanın ən güclü ölkələri sırasında yer alan, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniya krallığı 44 günlük müharibə boyunca səssiz-sədasız siyasi dəstəyi ilə Bakının yanında oldu. Xüsusən də, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı haqsız bəyanatın qəbuluna Böyük Britaniya veto qoydu. 
 
Ölkəmizin mübarizəsinə dəstəyini açıq ifadə edən digər ölkələr isə bunlar idi:
 
Əfqanıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Bosniya və Hersoqovina, Gürcüstan, Ukrayna, MacarıstanMoldova.
 
Vətən Müharibəsində adıçəkilən ölkələrdən savayı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Türk Şurası da Azərbaycanın yanında oldu.
 
Lakin savaş dönəmində aşkar və ya gizli formada qarşımızda olub, Ermənistanı dəstəkləyənlər də var idi:
 
Yunanıstan
 
Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Rəsmi Afina Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etdi.
 
Kipr
 
Kipr də Ermənistanla həmrəylik nümayiş etdirərək Yunanıstanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.
 
Fransa
 
ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq, Fransa Azərbaycanın azadlıq mübarizəsində açıq-aşkar Ermənistanı dəstəklədi. Hətta Fransa prezidenti Makron “Azərbaycana icazə verməyəcəyik ki, Qarabağı fəth etsin” kimi sərsəm və birbaşa dövlətimizi təhdid edən açıqlama səsləndirdi.
 
Kanada
 
Dolayısıyla Ermənistanın yanında olduğunu hiss etdirən Kanada hökuməti də Fransa kimi, guya ermənilərin haqlarını qorumaq üçün onlara dəstək verməyə hazır olduqlarını bildirib. 
 
İran
 
Doğrudur, İslam Respublikasının rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqladılar. Lakin İranın Ermənistana silahların daşınmasına imkan yaratmasını, ordumuzun irəliləməsinin qarşısını almaq üçün ərazilərimizə daxil olmasını da unutmaq olmaz.
 
Bu ölkələrdən savayı, Rusiya və ABŞ kimi böyük güclərin tutduğu mövqe hələ də müzakirə və mübahisə mövzusu olmağa davam edir. Belə ki, 44 gün ərzində bu ölkələrin susqunluğunu dəstək kimi qiymətləndirənlərlə yanaşı, Rusiyanın Ermənistanı silahlandırmasını, bəzi ABŞ rəsmilərinin ermənilərə dəstək mesajlarını Azərbaycana qarşı addımlar kimi dəyərləndirənlər də var. 
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı