“Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır” - Paşinyan məsuliyyəti üzərinə götürdü - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır” - Paşinyan məsuliyyəti üzərinə götürdü

Siyasət A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.. 

Ednews xəbər verir ki, bu barədə “newsarmenia” məlumat yayıb. 

Paşinyan çıxış yolunu Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında gördüyünü bəyan edib. 

“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, son müsahibəmdə dediklərimi - sülh gündəliyinin bu düstur üzrə həyata keçirilməsi məsuliyyətini öz üzərimə götürürəm. Bu gündəliyi praktiki olaraq həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - deyə baş nazir  bu gün keçirilən  parlament iclasında deyib. 
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyib.  

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...