“Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ednews xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Aztelekom” MMC-nin baş direktorunun vəzifəsindən azad edilməsilə bağlı xəbər yayılmışdı.