Almaniya və İsveçin İstanbuldakı baş konsulluqları fəaliyyətlərini dayandırdı - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Almaniya və İsveçin İstanbuldakı baş konsulluqları fəaliyyətlərini dayandırdı

Siyasət A- A A+
Almaniyanın İstanbuldakı konsulluğu təhlükəsizlik təhdidləri səbəbindən çərşənbə günü fəaliyyətini dayandırıb.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi diplomatik nümayəndəliyə istinadən yayıb.
 
Bundan əvvəl Böyük Britaniya və Niderlandın İstanbuldakı Baş Konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandırdıqlarını bildiriblər.
 
"Almaniya Konsulluğu fevralın 1-də bağlı olacaq. Bütün viza və pasport məsələləri dayandırılıb", - Baş Konsulluqdan bildiriblər.
 
Bundan əlavə, İsveç Baş Konsulluğu da ziyarətçilərin qəbulunu dayandırıb.
 
Niderland diplomatik missiyası 2022-ci ilin noyabrında terror aktının baş verdiyi mərkəzi Bəyoğlu rayonunun İstiqlal küçəsində, Almaniya və Böyük Britaniyanın konsulluqları İstiklal yaxınlığında yerləşir.
 
ABŞ səfirliyi bazar ertəsi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.
 
Hədəflərin siyahısında İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsinin adı var.
 
Ötən həftə ABŞ səfirliyi də Avropada ifrat sağçıların Quran nüsxələrinin yandırılması fonunda terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bundan sonra Fransanın diplomatik missiyası Amerika səfirliyinin məlumatlarına istinadən oxşar xəbərdarlıq edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...