Parlamentdə vakant vəzifələrə qəbul üçün müsabiqə elan edildi - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Parlamentdə vakant vəzifələrə qəbul üçün müsabiqə elan edildi

Siyasət A- A A+
Azərbaycan Respublikası Milli Məclisinin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edib.
 
Bu barədə Ednews-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.
 
Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.
 
Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaq.
 
Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 
Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...