"Türkiyə-Ermənistan münasibətlərinin təməlində Azərbaycan dayanıb" - Türkiyəli ekspert - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

"Türkiyə-Ermənistan münasibətlərinin təməlində Azərbaycan dayanıb" - Türkiyəli ekspert

Siyasət A- A A+
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib. 
 
Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general Özgür Tör  Ednews-a açıqlamasında bildirib ki, Türkiyə bütün qonşuları ilə münasbətlərinin yaxşı olmasını hər zaman diqqətdə saxlayır.   
 
“Buna görə də diplomatik yolla daim işləyir. Türkiyə və Ermənistan arasında 2009-cu ildə sənədlər imzalanmışdı. Hətta bu sənədlərin Ermənistan məhkəməsi tərəfindən etibarsız olduğu bildirilmişdi.  Bu çərçivədə Ermənistan Türkiyə ilə olan münasibətlərini bir daha düşünməlidir. Hətta "Nemezis" abidəsinin açılışından sonra Türkiyənin  hava yollarını Ermənistana bağladığını gördük. Həm abidənin açılması, həm bu son hadisələr münasibətlərə təsir edir”.
 
 
General Türkiyə-Ermənistan münasibətlərinin təməlində Azərbaycanın dayandığını qeyd edib:
 
“Türkiyə hər zaman Azərbaycanın maraqlarını əsas tutub.  Dayanıqlı nəticə almaq üçün Türkiyə-Ermənistan münasibətləri yox, Türkiyə-Azərbaycan-Ermənistan yəni, üçtərəfli münasibəti ön planda olmalıdır. Bu üçtərəfli münasibət olarsa sülh daha yaxın olacaq”.
 
 
Aysel Şahmar


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...