“Türkiyə dövləti Azərbaycan-Ermənistan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişələri kimi məsələlərdə sürətli və qəti qərarlar qəbul etməyə borcludur”.
Ednews xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
F.Oktay əlavə edib ki, hazırkı sistemdə yekun qərarı dövlət başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.