Gələn həftə Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələ ilə bağlı iclası keçiriləcək.
Ednews xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.
Xatırladaq ki, bu gün Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və erməni həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.