Azərbaycan bayrağını yandıran erməni işdən çıxarıldı

Dizaynerin Ermənsitan İctimai Televiziya Şirkətinin binasına daxil olmasına da qadağa qoyulub.
 
Ednews Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan öz istəyi ilə Ermənistanın İctimai televiziyasından istefa verib.
 
Bu barədə çərşənbə günü teleşirkətin direktoru Ovannes Movsisyan ölkə parlamentində bildirib.
 
"Aram Nikolyan bir müddət əvvəl istefa məktubu yazıb, qalan suallar ona verilməlidir”, - Movsisyan bildirib.
 
Xatırladaq ki, aprelin 14-də İdman-Konsert zalında ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. Bakı erməni dizayneri beynəlxalq axtarışa verib. Dizayner Nikolyan 2013-cü ildən OTA-nın baş stilistidir.

Dəniz Pənahova

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU