“Onlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin qarşısını almaq istəyirlər” Politoloqdan ŞƏRH

Siyasət 14:01 01.06.2023

Mayın 30-u ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Prezident İlham Əliyev mayın 28-də Laçında səfərdə olarkən Ermənistana, Qarabağ ermənilərinə sülhdən, dinc yaşamaq qərarı verməkdən başqa çıxış yolları olmadığını konkret olaraq dedi.

Lakin görünən budur ki, ermənilər ya xəstə təfəkkürdən qurtula bilmədikləri, ya da xarici təsir dairələrinin sövqetməsi nəticəsində təxribatçılıq ənənələrindən, pozuculuqdan əl çəkmək istəmirlər.

Bəs belə durumda Azərbaycan nə etsin? Onlara necə dərs verək?

Bu barədə Ednews-a politoloq Murad Sadəddinov bildirdi ki, mayın 28-dən sonra Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki ermənilərin atəşkəsi intensiv pozması Kişinyov görüşü ərəfəsi keçirilən görüşlərdə əldə edilmiş müəyyən razılaşmaları pozmaq məqsədi daşıyır. Ermənistandakı revanşist qüvvələr, ordu daxilində onlara bağlı olan yüksək vəzifəli hərbçilər, eləcə də Qarabağdakı separatçı ermənilər, onlara dəstək verən kənar qüvvələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin qarşısını almaq, həmçinin separatçıların mövcudluğunu saxlamaq üçün aranı qatmağa, gərginliyi artırmağa cəhdlər edirlər: 

“Onlar görürlər ki, Azərbaycan Qarabağda suverenliyini bərpa edəcək. İndi onların gərginliyi artırmaq istiqamətində addımları son çırpıntıları kimi də qiymətləndirilə bilər. Separatçıların və onlara dəstək verənlərin əlində artıq başqa rıçaqlar qalmır. Azərbaycan Prezidentinin mayın 28-də Laçında verdiyi amnistiya mesajı və amnistiya üçün irəli sürdüyü şərtlər onu göstərir ki, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla müəyyən danışıqlar da aparıb”. 

Politoloqun sözlərinə görə, bunun təsdiqi olaraq da bu gün ABŞ Dövlət Departamenti xüsusi bəyanatla çıxış edərək Azərbaycan Prezidentinin amnistiya mesajını alqışlayıb:

“Yəni artıq separatçı ermənilərin və Ermənistandakı revanşist qüvvələrin bütün cəhdlərinə baxmayaraq Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi qarşısıalınmaz prosesə çevrilib. Sizin sualınızın cavabı əslində Prezident İlham Əliyevin Laçında verdiyi açıqlamalarda yer alır. Yəni artıq elə bir proses gedir ki, bu proses separatçılarla məsələnin həllinə də gətirəcək. Eyni zamanda Prezidentin dediyi kimi, istənilən an Azərbaycanın imkanları var ki, həmin ərazidə əməliyyat həyata keçirib separatçı quldur tör-töküntülərinin varlığına son qoysun. Sadəcə, bu gün Azərbaycan bu yolu deyil, yuxarıda qeyd etdiyimiz yolu-prosesi əsas götürüb, məsələni sülh yolu ilə həll etmək istəyir. Hərbi müstəviyə keçməyə bu gün ehtiyac yoxdur”. 

Qeyd edək ki, ABŞ Azərbaycan Prezidentinin Laçından verdiyi bəyanatı alqışlayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin mayın 30-da yayımladığı bəyanatda bildirilir: 

“Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı