Misirli ekspert: “ABŞ ərəb dünyası üçün təhdiddir” ÖZƏL

“Misir-İran münasibətlərinin yenidən bərpası üçün nəzərəçarpacaq addımlar atılır”.
 
Bu fikirləri Misir-İran əlaqələrinin bərpası prosesi ilə bağlı danışan “Əl Diploməsiy” (“Diplomat”) qəzetinin baş redaktoru Əşrəf Əbu Arif Ednews-a özəl açıqlamasında bildirib.
 
 O qeyd edib ki, Oman Sultanı Heysəm bin Tariqin bir neçə gün əvvəl Tehrana etdiyi səfərin əsas məqsədlərindən biri də Misir-İran münasibətlərinin normallaşmasına vasitəçilik etmək idi.
 
“İranın dini lideri Əli Xamneyi Oman həmkarı ilə görüşündə Misir-İran əlaqələrinin bərpasını alqışladığını vurğuladı. Düşünürəm ki, bu səfər iki ölkə arasındakı əlaqələrin bərpasına töhfə verəcək”. 
Misirli siyasi ekspert onu da vuğulayıb ki, ərəb dünyası daxili problemlərini birləşərək həll etməlidir:
 
“Bütün ərəb dünyası öz problemlərini öz gücü hesabına həll etməlidir. Bununla ABŞ-ın regiona müdaxiləsinin qarşısını almaq olar. ABŞ və onun müttəfiqləri ərəb ölkələri üçün təhdiddir”. 
 
Bir neçə gün əvvəl İran hökuməti prezident İbrahim Rəisinin müvafiq əmrlərinə əsasən, Misirlə əlaqələrin gücləndirilməsi üçün addımlar atmağa başlayıb.
 
Qeyd edək ki, Misir Ərəb Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər 1978-ci ildə prezident Məhəmməd Ənvər Sədatın “Kemp Devid” müqaviləsini imzalamasından sonra kəsilib.
 
Loğman Yunis
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO