Ərdoğan Ankaradakı qonaqlarının şərəfinə şam yeməyi verib, İlham Əliyev də iştirak edib

İyunun 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. 
 
Ednews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.