Ermənistan Sərhəd Qoşunlarının nümayəndə heyəti BAKIYA GƏLDİ

Ermənistanın nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edir.
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.
 
Mənbə yazır ki, Ermənistan nümayəndə heyətinə komandir vəzifəsini əvəz edən şəxs başçılıq edir. Onlar Bakıya Moskvadan uçublar.
 
Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Ermənistan, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.