“Ermənistan hakimiyyəti təzadlı siyasət aparır”- Politoloq
“Ermənistanın təzadlı siyasətı çaxnaşmalara gətirib çıxarır”.
Ednews xəbər verir ki bu barədə politoloq İlqar Vəlizadə feysbuk hesabında payşım edib.
O, qeyd edib ki, Ermənistan bir tərəfdən Qarabağ ermənilərinin mandat almadıqlarını, digər tərəfdən bölgənin blokadada olduğunu deyir.
“Ermənistan məsələni tənzimləmək üçün hansısa beynəlxalq qüvvələrin regiona gəlməsinin istəyir. Digər tərəfdən, qondarma rejim İrəvanı onu müdafiə etməməkdə ittiham edir. Eyni zamanda, rejimin adından heç kimin danışmağa hüququnun olmadığını car çəkirlər. Yalan üzərində saxta ideologiya qurublar”.
Politoloq Nikol Paşinyan Qarabağ adlı yükü üzərindən atmağa çalışdığını vurğulayıb:
“Digər tərəfdən, bunu edə bilmir. Buna cəsarət lazımdır. Yarımçıq addımlarla, söz-söhbətlə nə isə etmək olmaz. İrəvandan yenə də separatçı rejimə yardımlar gəlir. Onun təxminən yarım milyard dollarılıq büdcəsini Ermənistan təmin edir. Separatçıların özlərini dolandırmaları üçün heç bir resursları yoxdur”.
Aysel Şahmar