Azərbaycanla Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalana bilərmi? - Politoloq ŞƏRH EDİR

Siyasət 13:00 14.09.2023

Paşinyan son müsahibəsində bildirib ki, qonşularla münasibət qurmağa və nəqliyyat yollarının açılmasında maraqlıdır.


Belə olan halda Azərbaycanla Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalana bilərmi?

Ednews xəbər verir ki, bu barədə açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirdi ki, əslində, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ortadadır. Əgər ermənilər ənənəvi qaydada Azərbaycan dövlətinin müvafiq strukturlarının və təmsilçilərinin söylədiklərindən heç nə anlamırlarsa, bu, artıq onların problemidir:

“Azərbaycan öz ərazisində yaşayan ermənilərə ölkənin digər vətəndaşlarına verdiyi təminatı verir. Bu da onların təhlükəsizliyinin, eyni zamanda normal sivil həyatının təminatı altına alınması deməkdir. Ermənilər isə onlara hər hansı bir aidiyyəti olmayan və özlərinin belə Azərbaycanın tərkib hissəsi kimi tanıdıqları Qarabağ ərazilərində yaşayan ermənilərlə bağlı müddəanın yekun sülh sənədinə salınmasını istəyirlər. İrəvan orada hansısa beynəlxalq təhlükəsizlik mexanizmlərinin də yer almasını istəyir ki, gələcəkdə Azərbaycan ərazilərinə hər hansı bir xarici müdaxilə üçün müəyyən imkanlar yaratsın”, - deyə politoloq qeyd edib. 

Siyasi təhliçliyə görə, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin Azərbaycan ərazilərinə heç bir aidiyyəti yoxdur:

“Bu aspektdən də ermənilər əvvəlcə başa düşməlidirlər ki, bütün bu əsassız iddialar və mülahizələr, nəticə etibarilə, onlarla hər hansı bir formada sülh müqaviləsinin imzalanmasına mane olacaq. Biz sülh olmayan şəraitdə yaşamışıq, torpaqlarımızı işğaldan azad etmişik və bundan sonra da uzun illər boyu Ermənistanla sülh imzalamadan yaşaya bilərik. Bunun da ən ağır şərtləri məhz İrəvanın üzərinə düşəcək”. 

Politoloq qeyd etdi ki, yox, əgər problemin kökündən həlli ilə bağlı söhbət gedirsə, o zaman Ermənistan Azərbaycanla imzalanacaq sülh müqaviləsində rəsmi Bakının irəli sürdüyü və beynəlxalq hüququn normal və prinsiplərini əks etdirən müddəalar əsasında məlum sənədi imzalamalı və mifik, əfsanəvi yanaşmalardan əl çəkməlidir: 

“Bu baxımdan da tövsiyə edirəm ki, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Sarkis Xandanyan özünü axmaqlığa qoymasın. Çünki onlar çox yaxşı bilir ki, məsələnin kökündə nə dayanır. O ki qaldı sülh danışıqlarının birdən-birə kəsilib müharibə ritorikasının başlamasına, bunun səbəbi xarici amillər, faktorlar, bölgəyə üçüncü dövlətləri cəlb etmək üçün Paşinyan iqtidarının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi faktıdır. Ermənistanın yenə də ümid bəsləməsin ki, beynəlxalq situasiya nə zaman onların xeyrinə dəyişəcək və onlar yenidən regionda özlərinin əsassız iddialarını irəli sürəcəklər. Buradan qaynaqlanan əsas amil isə prosesi uzatmaq niyyətidir. İrəvanın ənənəvi təxribatlarının təməlində məhz bu faktlar dayanır”, - siyasi şərhçi fikirlərini tamamlayıb.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı