"Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir".
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb.
"Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyi səbəbindən həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında baş tutacaq. Bu səfərin ən uyğun zamanda reallaşmasını təmin etmək üçün danışıqlar davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin xarici işlər nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik",- Türkiyə Prezidenti əlavə edib.