Rəcəb Tayyib Ərdoğan Türkiyəyə dönüşü zamanı təyyarədə Naxçıvana səfərinin yekunları ilə bağlı türkiyəli jurnalistlərə Zəngəzur dəhlizi, Azərbaycanın antiterror tədbirləri və digər məsələlərlə bağlı mühüm açıqlamalar verib.
Ednews xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.
Onun sözlərinə görə, Türkiyə nümayəndə heyətinin səfəri Türkiyə-Azərbaycan qardaşlığının, bir millət, iki dövlət ruhunun bütün dünyaya elan edilməsidir:
"Bunu BMT kürsüsündən necə car çəkmişiksə, Can Azərbaycanın öz torpağı Şuşadan necə söyləmişiksə, hər yerdə əməlimizlə göstərmişik və indi də göstəririk”.