Bilal Ərdoğan Azərbaycana GƏLDİ

Siyasət 12:32 28.09.2023

Bilal Ərdoğan Azərbaycana gəlib. 

Bu badərə Ednews-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. 

Qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində olub. Liseyin konfrans zalında 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib. Tədbirdə Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal marşı səsləndirilib. 

Daha sonra 27 sentyabr - Anım Günü münasibəti ilə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna Türkiyə Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib. 

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və qonağa öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib. 

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Qonaq ilk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıraraq şagirdlər tərəfindan maraqla dinlənilib. O, eyni zamanda övladının Quran hafizin olmasından və hafizliyin dəyərindən danışıb.

Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq, oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O eyni zamanda milli kimliyin əhəmiyyətindən də bəhs edib. 

Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib. 

Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib. 

Daha sonra Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. İnstitutun rektoru Aqil Şirinov tərəfindən qaşılanan qonağa universitetin fəaliyyəti, tələbələrə yaradılan imkanlar haqqında geniş məlumat verilib.

Daha sonra İnstitutun konfrans zalında tələbə və akademik müəllim heyəti ilə görüş keçirilib. 
Tədbirin açılış qismində 27 Sentyabr Şəhidlərimizin Anım günü münasibəti ilə vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib. 
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dəyərli qonağı salamlayıb, 27 Sentyabr Anım gününün əhəmiyyətindən bəhs edib, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyib. 

O, eyni zamanda qonaqlara İnstitutunun uğurlu fəaliyyətindən bəhs edib və iki dövlət arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verəcəklərini qeyd edib. 

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün İnistitut kollektivinə öz təşəkkürünü bildirib. O, içərisində olduğumuz günlərin əhəmiyyətindən bəhs edib. Şəhidlərin unudulmaması üçün dəyərli liderlərə ehtiyac olduğunu vurğulayıb və qonağa öz dəyərli vaxtını ayırıb tələbələrlə görüşə gəldiyi üçün öz təşəkkürünü bildirib. 
Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb.

Bilal Erdoğan özünün uşaqlıq və dünyanın ən nüfuzlu universitetlərindəki tələbəlik illərindən danışaraq tələbələrlə öz təcrübəsini paylaşıb. O, eyni zamanda tələbələrə öz sahələrində yaxşı mütəsəssiz olmalarını və çox çalışmalarını tövsiyyə edib.

Elmin son dövrlər avropadan şərqə doğru inteqrasiya etdiyini vurğulayan natiq Aziz Sancarların, Səlcuk Bayraktarların bu həqiqətin ən bariz numunəsi olduğunu qeyd edib. 

Tədbirin sonunda İnstitut rəhbərliyinə və qonaqlara qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib. 

1695888828_2a90464d-4a4d-3429-9e01-964a7615fec7.jpg

1695888869_72c5e6f9-4382-3821-b926-9964d067700e.jpg

1695888827_48f13459-301b-30fe-8d24-24cd3fbc86ad.jpg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı