Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Öz ata-baba ocağımız, doğma torpaqlarımız tarixi sahibinə qayıtdı. Bir qanadı yaralanmış qartala bənzər xəritəmiz öz bütövlüyünə qovuşdu. Qarabağ uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir.
Ermənilərlə birgə yaşaya bilərikmi? Sülh, barış içində xalqların birgə yaşaması mümkün olarmı?
Bu barədə Ednews-a siyasi xadim Arif Rəhimzadə bildirdi ki, ermənilərlə birgə yaşaya bilərik. İndinin özündə də ermənilərlə bir yaşayırıq:
“Bakıda, bölgələrdə, rayonlarda 30 minə qədər erməni yaşayır. Niyə yaşaya bilmirik ki? Erməni bizlə yaşaya bilərmi? Əsl sual budur. Söhbət bundan gedir. O da yaşaya bilər. Ancaq bu erməniləri sakit yaşamağa qoymur. Paşinyan erməniləri məcbur elədi ki, Azərbaycandan getsinlər. Səs-küy qaldırıblar ki, genosid baş verib və biz onları məcbur göndərmişik. Erməni xəstə bir millətdir. Bu sözləri xalq haqqında demək istəmirəm, amma xəstələnib. Bu xəstəliyi müalicə etmək lazımdır. Buna da yüz illiklər lazımdır. Qısa müddət ərzində onlar sağalmayacaqlar. Azərbaycanın Ali Baş Komandanı həyata keçirdiyi tədirlər bu terapiyada ən əsaslı bir müalicə üsuludur. Ondan istifadə etsələr özlərinə yaxşı olar”.
Oğuz