Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasında oktyabrın sonuna planlaşdırılan görüş baş tutmayacaq.
Ednews xəbər verir ki, bunu İrəvanda keçirilən konfransda distant şəkildə iştirak edən Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
O, səbəb kimi vaxt azlığını göstərib.
“İlham Əliyevin iştirak etmədiyi Qranada görüşün əhəmiyyətini vurğulamaqla yanaşı, biz indi Brüsseldə iki ölkə lideri arasında görüşün təşkilinə çalışırıq. Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticədə sülh sənədi imzalanacaq”, - deyə Klaar qeyd edib.