“Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”.
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı bildirib.
“Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük. Qarşımızda Şərqi və Cənub-Şərqi Anadoluda erməniləri, Egeydə, Mərmərə və Qara dənizdə yunanları təxribata çəkərək millətimizi məhv etməyə çalışanların qərarsız hesabları ilə qarşılaşırıq. Onların həqiqəti tərsinə çevirməsinə imkan verməyəcəyik", - Türkiyə lideri deyib.