"Azərbaycan öhdəliklərini yerinə yetirərsə, sülh müqaviləsinin imzalanması realdır".
Ednews “Armenia Today”-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib:
“Azərbaycanla üç əsas prinsip üzrə razılıq əldə edilib. Əgər tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.
Baş nazir vurğulayıb ki, Ermənistanın 4 qonşusu var və bütün əsas təhlükələr və mövcud imkanlar onlarla münasibətlərdə gizlənir.
“Gürcüstan və İranla dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması vacibdir. Bir daha qeyd edim ki, planlarımıza Azərbaycan və Türkiyə ilə sülh sazişinin imzalanması, münasibətlərin tənzimlənməsi daxildir. Baxmayaraq ki, biz bunun asan olmayacağını başa düşürük. Amma belə bir proqram üzrə irəliləyiş Ermənistanın dövlət maraqlarına əsaslanır”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.
Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır.
Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.
Əkbər