Xəbər verdiyimiz kimi, Paşinyan 2024-cü ilin büdcəsinin müzakirəsi zamanı Türkiyə ilə sərhədlərin açılması məsələsinə toxunub. O, yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşmaların reallaşacağına ümid etdiyini bildirib.
Bu barədə Ednews-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirdi ki, Sovet İttifaqı dağılanda Türkiyə üç Qafqaz ölkəsini Azərbaycan, Gürcüstan və Ermənistanı tanıdı, sərhəd qapılarını açdı, Gürcüstan Azərbaycan dövlətləri ilə diplomatik əlaqələr qurdu və Qarabağ münaqişəsinə görə Ermənistanı bu prosesdən kənarda saxladı:
“Ermənistanın Rusiya adından bölgədə müharibəni davam etdirməsi Türkiyə ilə münasibətlərin korlanmasına səbəb olub. 44 günlük müharibə, 10 noyabr razılaşması və Azərbaycan torpaqlarında strukturun ləğvi Türkiyənin Ermənistanla 1991-ci il tarixinə qayıtması qarşısındakı maneələri aradan qaldırdı. Yəni SSRİ dağılanda Ermənistanın tanınması, sərhəd qapılarının açılması prosesi yenidən gündəmə gəlib. Türkiyənin Azərbaycana dəstək siyasəti öz nəticəsini verdi və Azərbaycanla Ermənistan arasında problemlərə son qoyuldu. Ermənistan Rusiya adına qəyyumluq müharibəsindən, Rusiya adına Azərbaycan torpaqlarını işğal etmək siyasətindən əl çəkib və indi normallaşmaq istəyir. Ermənistan Türkiyəni Qərbə açılan qapı kimi gördüyü üçün problemlərə tamamilə son qoymaq üçün TR-lə sərhədlərin açılması cəhdlərinə başlayıb. Bu problemlərin müzakirəsi və sülh sazişinin imzalanması üçün Azərbaycan və Ermənistan üçtərəfli danışıqlara təşəbbüs göstərəcək və sülh sazişi imzalayacaq”.
Oğuz