Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilən terror aktını pisləyib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” səhifəsində bildirilib.
“Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 hərbçinin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyirik.
Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu gün səhər Pakistanda Hava Qüvvələrinin bazasına hücum olub. Nəticədə 14 hərbçi həlak olub.