İşxan Verdyan : “Bu hal baş versə Ermənistanda vəziyyət daha da pisləşəcək”

Siyasət 12:45 14.11.2023

Qarabağ münaqişəsi başlayandan Ermənistan bütün nöqteyi-nəzərdən regionda özünü çətin vəziyyətə salıb. Ölkənin region ölkələri ilə sağlam münasibətlərinin olmaması onun tənəzzülü kimi qiymətləndirilə bilər.

Ermənistanın regionda uzun illərdir davam edən könüllü blokadası onun sosial-iqtisadi vəziyyətinə necə təsir edib?

Məsələ ilə bağlı Ednews-a danışan erməni politoloq İşxan Verdyan Ermənistanın son illərdə apardığı siyasətin ölkə üçün nə dərəcədə zərərli olduğundan bəhs edib:

“Ermənistan bütün iqtisadiyyatının üzərində dayandığı Rusiya ilə könüllü blokadasını kompensasiya etməyə çalışır. Ölkədə sosial-iqtisadi vəziyyət blokada nəticəsində deyil, ölkədə iqtisadi fəaliyyətin demək olar ki, bütün spektrini əhatə edən geniş yayılmış korrupsiya və biznes inhisarçılığı nəticəsində pis vəziyyətə düşüb. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə monopoliyalara son qoya bilməsə də, iqtisadiyyat sərbəst nəfəs almağa başladı. Əlavə olaraq, o Rusiyaya bağlı logistika Ermənistanın iqtisadi artımını kifayət qədər təmin edə bildiyini sübut etdi. Paşinyanın xarici siyasət arenasında öyünməyə heç nəyi olmadığı halda, onun iqtisadi sahədə uğurları ölkə daxilində göz qabağındadır”.

_122969266_nikol_pashinyan1_24.01.2022.jpg

Ermənistanın son vaxtlar Rusiya ilə zəif münasibətləri onun iqtisadiyyatı və siyasəti üçün necə təhlükə yaradır sualına da münasibət bildirən ekspert qeyd etdi ki, Paşinyan hakimiyyətinin mənfi cəhətlərindən bəhs etsək ilk növbədə ölkənin sadəcə bir neçə ölkə ilə sıx xarici ticari münasibətlərə sahib olduğunu qeyd etmək lazımdır:

“Ermənistanın iqtisadi təhlükəsizliyi Rusiyaya bağlı olduğundan, Rusiya ilə münasibətlərin kəskinləşməsi Ermənistanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyur. Əgər Rusiya qəfildən Ermənistanı düşmən ritorikasına görə cəzalandırmaq qərarına gəlsə, o zaman Ermənistanı sözün hərfi mənasında daş dövrünə qərq edə bilər. Məhz bu məqamda Ermənistanın özünü saldığı blokada öz bəhrəsini verəcək - Rusiyadan malların tədarükü dayanarsa, o zaman malları əvəz edəcək heç bir alternativ olmayacaq. Paşinyan hökumətinin Azərbaycana qarşı davam edən düşmənçilik siyasəti iqtisadi əlaqələrin şaxələndirilməsi üçün bütün mümkün variantları artıq əngəlləyib. Məhz buna görə də, Paşinyanın Azərbaycana və Rusiyaya qarşı qeyri-dost siyasəti eyni zamanda çaşqınlıq yaradacaq dərəcədə qeyri-peşəkardır. “Oturduğun budağı kəsmə” məsəli Baş Nazirin davranışını çox gözəl səciyyələndirir. Əgər Ermənistan Azərbaycanla münasibətlərində heç nəyi dəyişmədən Rusiyadan uzaqlaşsa ölkənin vəziyyəti daha da pisləşəcək”.

Politoloqun sözlərinə görə, Rusiyada Ermənistandan daha çox erməninin olması mübahisəli bəyanatdır:

“Buna baxmayaraq, Rusiyadakı erməni diasporu kifayət qədər təsirlidir və nadir istisnalarla Rusiyanı tam dəstəkləyir. Rusiyada yaşamış ermənilərin Rusiya vətənpərvərliyi nümayiş etmələri olduqca normal haldır. Beləliklə, Rusiya erməniləri bütün mümkün platformalardan açıq-aşkar dost olmayan jestləri ilə Nikol Paşinyanın davranışını tənqid edirlər. Ola bilsin ki, bu insanlar 2000-ci illərin ortalarında gürcülərin Rusiyadan kütləvi deportasiyasını yaxşı xatırlayaraq öz gələcəklərindən narahatdırlar. Buna görə də, Rusiya ilə münasibətlərin zəifləməsinə yol açan siyasət yürütdüyünə görə Rusiya erməniləri Paşinyan rejimini kəskin qınayırlar. Rusiyada yaşayan ermənilər Paşinyanın hakimiyyətinin tezliklə sonlandırılması tərəfdarıdırlar”. 

Fərid Axund

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı