Ednews xəbər verir ki, Vüqar Bayramov özünün sosial şəbəkə hesabında Qərb dövlətlərinin Qarabağ münaqişəsində baş verən ədalətsizliyə münasibətini bildirib.
Ermənistan 1992-2020-ci illər arasında Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayaraq 800 mindən çox insanı etnik təmizləməyə məruz qoyub. 7 rayon tamamilə dağıdılıb xarabalığa çevrilib. İşğal nəticəsində Azərbaycana dəymiş ziyan 100 milyard dollardan çoxdur. İşğal nəticəsində 15 mindən çox Azərbaycanlı dünyasını dəyişib və 4354 nəfər itkin düşüb. İşğal müddətində Azərbaycan ərazisində 1 milyona yaxın mina basdırılıb və 2020-ci ildən sonra 350-ə yaxın Azərbaycanlı mina qurbanı olub.
Nəticə etibarilə, Ermənistan bir sıra Qərb ölkələrindən maliyyə və hərbi dəstək almaqda davam edir.
Azərbaycan öz daxili maliyyə resursları hesabına Ermənistanın xarabalığa çevirdiyi əraziləri minadan təmizləyir, yenidən qurur və bərpa edir. 800 mindən artıq qaçqın və məcburi köçkünün fərqli yerlərdə yerləşdirilməsini təmin edib. Avropanın enerji təhlükəsizliyində töhvəsini artırır. Post-sovet məkanında münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini bərpa edən ilk dövlətdir və regionda sülh təklifləri ilə çıxış edir.
Beləliklə, Azərbaycan ilə bağlı mütəmadi olaraq qərəzli dinləmələr və saxta qətnamələr qəbul olunur.
Fərid Axund