Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinə nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi barədə bəyanatından sonra Ermənistan tərəfi sazişin altıncı variantını Azərbaycana təqdim edib.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin yekunlaşmasına və imzalanmasına sadiqdir”, - XİN-dən bildiriblər.