İrəvan və Bakının birbaşa dialoqa başlaması və problemləri Cənubi Qafqaz regionunun xeyrinə həll etməsi vacibdir.
Ednews xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
"Digər ölkələr də tərəflər arasında aparılan danışıqlara öz dəstəklərini təklif edirlər. Biz uzunmüddətli sülhə nail olmaq üçün birbaşa danışıqları vacib hesab edirik", - deyə o, qeyd edib.
Millerin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan rəhbərlərini dəstəkləyir və hər iki ölkə arasındakı danışıqlara yardımçı olmağa hazırdır.