"Birləşmiş Ştatlar gah Azərbaycan və Ermənistan arasında sülhə tərəfdar olduğunu göstərir, gah da vasitəçilik edir. Amma digər tərəfdən işğalçını dəstəkləyir. Bu, sülhə kölgə salmırmı?
Bu barədə Ednews-a politoloq Tural İsmayılov bildirdi ki, Peskov müəyyən mənada haqlıdır, çünki Qərb imperializmi tarix boyu ədalətsizliyin qalası olub:
"Bu gün baş verən absurddur göz önündədir. Azərbaycan ərazi bütövlüyünü təmin edib deyə ölkəmizin üzərinə gəlirlər. Kütləvi şəkildə Azərbaycana qarşı haqsız siyasi təhdidlər nümayiş etdirən Qərb Qarabağ zəfərini həzm edə bilmir. 30 il ərzində ABŞ bizi qane etməyən mövqe nümayiş etdirirdi. Daha sonra Vaşinqton formatına müəyyən ümid yaranmışdı. Amma kollektiv Qərb ABŞ və Fransa timsalında artıq sübut edir ki, o, ancaq regionda Rusiyanı sıxışdırmağa çalışır. Ona görə də birmənalı şəkildə ancaq Ermənistan dəstəklənir. Bölgədə sülh və sabitlik yox, aktiv dava görüntüsü yaratmağa çalışırlar. İndi Ermənistan ərazisi həm də anti-Rusiya mərkəzi halına gəlib".
Oğuz