Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində görüşü planlaşdırılmır.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Skopye şəhərində ATƏT-in nazirlər konfransı çərçivəsində görüşü planlaşdırılmır", - Ermənistan XİN qeyd edib.
Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilir. C.Bayramov orada rəsmi səfərdədir.