Aİ - nin "şirnikləşdirici" viza təklifi: Ermənistan üçün ÇƏTİN DİLEMMA - ŞƏRH

Siyasət 16:00 24.07.2024

Avropa İttifaqı (Aİ) Şurasının  Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verməsi barədə məlumatlar son günlər daha da intensivləşib. Bu barədə hətta Avropa Şurası öz bülletinində də xəbər verib. Amma buna qədər də oxşar məlumatlar zaman-zaman kütləvi informasiya vasitələrinə yol tapırdı. Amma ciddi əsaslara söykənmədiyindən maraqlı tərəflər bu məlumatları ya inkar edir, ya da cavabsız buraxırdılar. Amma son xəbərlər bir qədər ciddi səciyyə daşıyır və Avropa İttifaqı ermənistan vətəndaşları üçün viza rejimini liberallaşdırmaqda israrlı görünür. Təbii ki, əsas məqsəd Aİ tərəfindən Ermənistana verilən çoxsaylı vədlərdən heç olmasa bir neçəsinin yerinə yetirilməsidir. Çünki Ermənistan artıq Avropa İttifaqına götürdüyü öhdəliyi yerinə yetirməyən bir qurum kimi baxmağa başlayıb. Aİ Şurasının məlumatında  həmçinin qeyd edilir ki, Ermənistan vətəndaşları üçün viza öhdəliklərinin ləğvi imkanlarına yalnız standartlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq.

Belə isə bu standartlar hansılardır və Ermənistan onları Avropa İttifaqının tələb etdiyi səviyyədə tətbiq edə biləcəkmi?

Mövzu ilə bağlı fikirlərini Ednews - a bölüşən politoloq Əlimusa İbrahimov vurğulayıb ki, proses olduqca ciddidir, lakin Ermənistanın qarşısında bir sıra dilemmalar, qərar verməli olduğu seçimlər var:

16642702442911338067_1200x630.jpg

"Avropa İttifaqı  vizanın liberallaşdırılması ilə Aİ-yə daxil olmayan, amma onunla yaxın münasibətlərdə olan və ya perspektivdə bu İttifaqa daxil olmağı qarşısına məqsəd qoyan  ölkə vətəndaşlarına qısamüddətli (adətən 180 günlük müddət ərzində 90 günə qədər) vizasız Aİ-yə daxil olmaq hüququnun verilməsini nəzərdə tutur. Aİ ölkələrin viza liberallaşdırılmasına uyğun gəlməli olduqları xüsusi meyarlar və standartlar müəyyən edib.

Bunlar standartlar aşağıdakılardan ibarətdir :

1.    Sənədlərin Təhlükəsizliyi : Ölkələr biometrik pasportların qəbulu da daxil olmaqla səyahət sənədlərinin təhlükəsizliyini təmin etməlidirlər. Bu sənədlər saxtalaşdırmanın  qarşısını almaq üçün beynəlxalq standartlara cavab verməlidirlər.

2.    Sərhədlərin nəzarətdə saxlanması və Təhlükəsizliyin təminatı : Müasir texnologiyadan istifadə və beynəlxalq qurumlarla əməkdaşlıq daxil olmaqla, effektiv sərhəd idarəetmə sistemləri yaratmaq lazımdır. Bura qeyri-qanuni immiqrasiya və insan alverinin qarşısını almaq üçün təhlükəsiz sərhədlərin təmin edilməsi daxildir.

3.    Miqrasiya və Sığınacaq Siyasəti : Ölkələr Aİ standartlarına uyğun uğurla  idarə olunan miqrasiya və sığınacaq siyasətinə malik olmalıdırlar. Bu, sığınacaq müraciətlərinə düzgün baxılmasını və qaçqın və miqrantlarla humaniz prinsiplərinə uyğun  rəftarın təmin edilməsini nəzərdə tutur.

4.    İctimai Asayiş və Təhlükəsizlik : Mütəşəkkil cinayətkarlıqla, terrorizmlə və korrupsiya ilə mübarizə üçün effektiv tədbirlər görülməlidir. Ölkələr ictimai asayişi və təhlükəsizliyi təmin etmək üçün funksional hüquq-mühafizə orqanlarına və məhkəmə sistemlərinə malik olduqlarını nümayiş etdirməlidirlər.

5.    İnsan Hüquqları və Azadlıqlar : İnsan hüquqlarına və əsas azadlıqlara hörmət vacibdir. Bura söz azadlığının, azlıqların hüquqlarının təmin edilməsi və beynəlxalq standartlara uyğun olaraq insan hüquqlarının ümumi müdafiəsi daxildir.

6.    Qeyri-qanuni Miqrantların Geri qaytarılması: Ölkələr Aİ-yə üzv dövlətlərdə qeyri-qanuni yaşadıqları aşkar edilən vətəndaşlarının geri qaytarılmaları  ilə bağlı öhdəlik götürməlidirlər. Bu, belə şəxslərin təhlükəsiz və uyğun şəkildə geri qaytarılması üçün Aİ ölkələri ilə əməkdaşlığı nəzərdə tutur.

7.    İqtisadi və Siyasi Sabitlik : Sabit iqtisadi və siyasi mühitin nümayiş etdirilməsi vacibdir. Buraya fəaliyyətdə olan  bazar iqtisadiyyatı və sabit demokratik institutlar daxildir.

Bu meyarlar strukturlaşdırılmış dialoq və Aİ institutları tərəfindən həyata keçirilən bir sıra hesabatlar, qiymətləndirmələr və monitorinq missiyaları vasitəsilə qiymətləndirilir. Proses ciddidir və ərizəçi ölkənin müxtəlif sektorlarında əsaslı islahatlar tələb edir. Amma zaman-zaman müxtəlif ölkələrlə münasibətdə bu standartlara ciddi və yumşaq münasibət bəslənməsinin şahidi olmuşuq. Bu da onu deməyə əsas verir ki, Avropa ittifaqını maraqlandıran əsas məsələ bu və ya digər ölkənin qəbul etdiyi siyasi qərarlardır. Ermənistanla münasibətdə isə bu özünü Rusiya ilə əlaqələrində göstərəcək. Yəni əgər Ermənistan onun qarşısına qoyulan vəzifələri yerinə yetirərək Rusiyadan daha da uzaqlaşacaqsa Avropa İttifaqı ilə ciddi problemləri olmayacaq. Əks təqdirdə monitorinq aparan təşkilatlar viza liberallaşdırılması məsələsini uzadacaqlar".

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı