Azərbaycanın ən yaşlı sakini hesab edilən 136 yaşlı Tamam Əli qızı Əzizova vəfat edib.
EDnews "Report"a istinadən xəbər verir ki, Azərbaycanın ən yaşlı sakini Tamam Əli qızı Əzizova bu gün dünyasını dəyişib.
1890-cı il təvəllüdlü T.Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Əslən Yardımlı rayonundan olan Tamam Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb.
Onun 4 övladı olub.

.png)






