Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Azərbaycan və Türkiyəyə çağırış edib.
EDnews xəbər verir ki, Paşinyan çıxışında İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiq qaldığını bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi dəyişməyib.
“Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, — deyə Paşinyan qeyd edib.
Baş nazirin bu açıqlaması seçkilərdən sonra Ermənistanın xarici siyasət kursu və regional münasibətlərin gələcəyi baxımından diqqət çəkib.





.jpg)

