Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə dair açıqlama verib.
EDnews xəbər verir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərində ciddi gərginliyin olmadığını bildirib.
Baş nazir qeyd edib ki, mövcud gərginlik barədə səsləndirilən fikirlər süni xarakter daşıyır.
“Rusiya ilə hər hansı bir gərginlik görmürəm. O gərginlik sünidir”, — deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistandakı bəzi siyasi qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar.
Paşinyan həmçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqələrin davam etdiyini vurğulayıb.
“Rusiya Federasiyasının Prezidenti ilə birbaşa əlaqəmizi davam etdiririk”, — deyə Ermənistanın baş naziri əlavə edib.







