ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya zəng etmək niyyətindədir.
EDnews xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.
Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:
"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".
Amerika liderinin sözlərinə görə, İranın zərbəsi nəticəsində İsraildə heç kim xəsarət almayıb: "Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - Qeyd) cavab verərsə, onda son 47 il və ya 3000 ildir baş verənlər davam edəcək".
Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.

.jpg)


.jpg)


