Almaniyada “Almaniya üçün Alternativ” Partiyasının — AfD-nin reytinqi rekord həddə çatıb.
EDnews xəbər verir ki, Almaniya KİV-in yaydığı sorğu nəticələrinə əsasən, AfD ilk dəfə CDU/CSU blokunu 8 faiz bəndi qabaqlayıb.
Məlumata görə, AfD-yə dəstək 29 faizə yüksəlib. Bu nəticə partiyanın ölkə üzrə siyasi reytinqlərdə mövqeyini xeyli gücləndirdiyini göstərir.
Eyni zamanda kansler Friedrich Merzin reytinqində ciddi azalma qeydə alınıb. Sorğuya əsasən, Merzə dəstək 21 faizə enib.







