Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib.
EDnews xəbər verir ki, mənzillərdən birində 13 yaşlı Kamran Abıyev və onun atası Əbülfəz Abıyevin meyitləri aşkarlanıb.
İlkin məlumata görə, ata və oğul mənzilə qaz sızması nəticəsində həyatını itirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayonu 247 saylı tam orta məktəbin 7-ci sinif şagirdi olub.




.jpg)


