8 iyun saat 10:00-a qədər Ermənistan Daxili İşlər Nazirliyinə səsvermə pozuntuları ilə bağlı 619 məlumat daxil olub.
EDnews xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.
Xüsusilə, ikiqat səsvermə ilə bağlı 52, səsvermə gizliliyinin pozulması ilə bağlı 27, seçki hüquqlarının həyata keçirilməsinə mane olan 9, rüşvətxorluqla bağlı 4, seçki prosesinə mane olan 2, seçki məntəqələrində silah gəzdirməklə bağlı 2 və xuliqanlıq və zorakılıqla bağlı hər birindən 1 məlumat daxil olub. On səkkiz nəfər saxlanılıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Seçkidə on altı partiya və iki blok iştirak edib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Vətəndaş Müqaviləsi Partiyası 49,81% (727.160 səs), Güclü Ermənistan bloku 23,29% (340.062), Ermənistan bloku 9,94% (145.097) və Çiçəklənən Ermənistan Partiyası 4% (58.368) səs toplayıb.
Seçicilərin ümumi sayı 1.476.916 nəfər olub.
Günəş Mərd
.png)
.png)
.jpg)
.png)



