Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Paşinyan Ermənistanın bu gün Aİ-yə üzvlük üçün müraciət edəcəyi təqdirdə hazır olub-olmaması məsələsinə münasibət bildirib.
Baş nazir qeyd edib ki, əgər o, müraciəti obyektiv şəkildə qiymətləndirən Avropa İttifaqı rəsmisi olsaydı, Ermənistanın hazırda üzvlüyə hazır olmadığını deyərdi.
“Əgər Ermənistan bu gün Avropa İttifaqına müraciət etsəydi və mən də həmin müraciəti neytral şəkildə qiymətləndirən Aİ rəsmisi olsaydım, bu gün hazır olmadığımızı bildirərdim”, — deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunda islahatları davam etdirməlidir.
“İslahatlarımızı davam etdirməliyik”, — deyə Ermənistanın baş naziri əlavə edib.
.jpg)






