İsrail Baş naziri Benyamin Netanyahu bu gün təhlükəsizlik kabinetini toplayacaq.
EDnews xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik kabinetinin iclası saat 11:00-da keçiriləcək.
Qeyd olunur ki, İsrail ordusu qarşıdurmanın davam etməsinə hazırlaşır. Netanyahu və müdafiə naziri İsrael Katsın gecə saatlarında ordu rəsmiləri ilə məsləhətləşmələr apardığı bildirilir. İranın raket hücumlarına cavab zərbəsi endirilməsi barədə qərarın da həmin müzakirələr zamanı qəbul edildiyi iddia olunur.
Məlumata əsasən, İsrail İran tərəfindən gələcək hücumlara “güclü” şəkildə cavab verəcəyini bildirib. Eyni zamanda, Livandan İsrailə qarşı hər hansı hücum olacağı təqdirdə Beyrutun Dahiya bölgəsinin hədəfə alınacağı qeyd edilib.
Xatırladaq ki, dünən gecə saatlarında İran tərəfindən İsrailə üç dalğa şəklində raketlər atılıb. Hücumlar səbəbindən İsrailin şimalındakı bir çox şəhərdə həyəcan siqnalları işə düşüb. İsrail mənbələri İran ərazisindən təxminən 10 raketin buraxıldığını bildirib. İsrail ordusu isə İranın qərb və mərkəzi bölgələrini hədəf aldığını açıqlayıb. Tehran isə bu hücuma yeni raket dalğası ilə cavab verib.
Aytac Kərimova | EDnews
.png)
.png)
.png)
.png)



