Sloveniyanın yeni Baş naziri Yanez Yanşa hökumət binasından Fələstin bayrağının endirilməsi barədə qərar verib.
EDnews xəbər verir ki, yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu addım Yanşanın baş nazir seçilməsindən qısa müddət sonra atılıb və onun vəzifədəki ilk rəsmi qərarı olub.
Yanez Yanşa bildirib ki, hökumət binasında Fələstin bayrağının dalğalanmasına icazə verməyəcək.
Yeni baş nazir həmçinin keçmişdə kommunist rejimi dövründə siyasi baxışlarına görə həbs olunduğunu iddia edib. O, hazırda da radikal sol ideologiyalara qarşı mübarizəni davam etdirmək niyyətində olduğunu bildirib.
Yanşa, eyni zamanda, Avropaya kütləvi miqrasiyanı müasir radikal sol siyasətin əsas alətlərindən biri kimi qiymətləndirib.
Qeyd edək ki, Sloveniyada yeni hökumətin xarici siyasət kursu və Yaxın Şərq məsələlərinə münasibəti ilə bağlı müzakirələr davam edir.







