Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf başda olmaqla nümayəndə heyətini qəbul edib.
EDnews xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, İran parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur.















