Almaniya Federal Ədliyyə İdarəsi “Telegram” sosial şəbəkəsini 5,1 milyon avro cərimələyib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Bildirilib ki, buna səbəb “Telegram” messencerinin 2021 və 2022-ci illərdə Sosial Mediada Hüquq Tətbiqinin Təkmilləşdirilməsi üzrə Almaniya Qanununu (NetzDG) pozması olub.