Almaniyada universitetlər enerji böhranı səbəbindən xərcləri azaltmaq üçün müəyyən tədbirlər görəcək.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Almaniyanın Reynland-Pfalts əyalətindəki Koblenz Universiteti dekabrın əvvəlindən yanvar ayına kimi tədrisi məhdudlaşdırmağı palnlaşdırır. Rəhbərlikdən verilən məlumata görə, universitetin xərcləri hökumətin qoyduğu tələblərinə uyğun olmalıdır.
Universitetin portalında “Dövlət qurumlarından gözlənilən 15 faiz enerji qənaətinə nail olmaq üçün biz, 4 dekabr 2022-ci il tarixindən 8 yanvar 2023-cü il tarixinədək mühazirələri yalnız onlayn dərslər kimi təqdim edəcəyik"- deyə qeyd edilib.
Almaniyada digər universitetlər də qənaətlə bağlı tədbirlərini elan ediblər. Ölkənin Türingiya əyalətindəki Erfurt Universiteti ilin sonuna qədər öz kitabxanasını həftə sonu bağlamağı planlaşdırır. Bundan əlavə, ilin əvvəlində kurslar onlayn formada keçiriləcək.
Yunis Abdullayev