Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi dəyişdirilib.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
O, qeyd edib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.
K.Əliyev bildirib ki, nazirin əmri ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.