BDU-ya qəbul olan tələbələrin qeydiyyatı YEKUNLAŞDI

BDU-ya qəbul olan tələbələrin qeydiyyatı YEKUNLAŞDI

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb.

Universitetdən verilən məlumata görə, Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər BDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6462 nəfər təşkil edib. Onlardan 5127 nəfər tələbə 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107 nəfəri subbakalavrdır. 

Qeyd edək ki, bu ilki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbərin sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, BDU üzrə bakalavriat səviyyəsinə qəbul olan tələbələrin 59,3 faizi dövlət sifarişli, 40,7 faizi ödənişli əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin isə 65 faizə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura səviyyələri üzrə güzəştli kateqoriyaya düşən tələbələrinin sayı isə 503 nəfərdir. Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 252 nəfər tələbəyə ilkin olaraq illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradılıb.

Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında ali təhsil müəssisəsi kimi BDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub.  Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri, o cümlədən 600 və daha yuxarı yuxarı bal toplayan 318 nəfəri, 500-600 arası bal toplayan 1245 nəfəri Bakı Dövlət Universitetini seçib. 9 nəfər tələbə müsabiqədənkənar qəbul olub. 600 və daha yüksək bal toplayan tələbələr əsasən Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dövlət və ictimai münasibətlər, Kompüter elmləri, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Politologiya və s. ixtisaslarını seçiblər. Humanitar fakültələr üzrə ən yüksək minimum keçid balı hüquqşünaslıq, təbiət fakültələri üzrə isə Riyaziyyat müəllimliyi ixtisasında olub. 

Məlumat üçün bildirək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur. (modern.az)

 

Xəbər xətti

Belarus Ukrayna sərhədi yaxınlığında səfərbərlik təlimlərinə başlayıb
12:31
Şuşada TDT dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
12:14
Azərbaycan-Türkmənistan əməkdaşlığı: Türk dünyasında həmrəylik möhkəmləndirilir - ŞƏRH
12:00
Prezidentin köməkçisi pambıqçılıqda yeni dəstək mexanizmlərindən danışıb
11:57
Qarabağ Universitetində yeni təyinat - FOTO
11:50
YUMURTA gələn ay da 1 QƏPİK OLACAQ? – AÇIQLANDI
11:40
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili təmizlənir
11:37
Numan Kurtulmuş Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
11:27
İslam Zirvə Konfransının 16-cı Sessiyası Azərbaycanda keçiriləcək
11:17
Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı MÜHÜM QƏRAR
11:07
Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
11:03
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
11:02
Enerji ilə verilən SİYASİ MESAJ – Bakı İrəvana NƏ DEMƏK İSTƏYİR?
11:00
Prezident: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
10:55
İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçdi
10:54
Prezident İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanladı
10:49
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir
10:47
Pit Heqsetdən "Qızıl günbəz" raketilə bağlı YENİ AÇIQLAMA
10:46
Yaponiyada ninja diplomu almaq üçün imtahan keçirildi
10:40
FHN hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
10:34
Azərbaycan nefti yenidən ucuzlaşdı
10:28
“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”: OĞUL XAMENEİ ŞÜARI DAVAM ETDİRƏCƏK?
10:23
Bir ayın əsgəri NİYƏ VƏFAT EDİB?
10:17
ADY-dən bilet satışı ilə bağlı iddialara CAVAB
10:11
”TikTok”da qeyri-etik ifadələr işlətdi, HƏBS OLUNDU
10:08
Bəzi ərazilərdə qaz olmayacaq
09:58
Doktoranturaya qəbul üzrə xarici dil imtahanları KEÇİRİLƏCƏK
09:48
İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlandı
09:35
Trampın Sülh Şurası BU ÖLKƏDƏ TOPLAŞACAQ
09:23
Türkanda FACİƏ: YOL QƏZASI CAN ALDI
09:14
Nyu-York birjasında təbii qazın dəyəri azalıb
09:13
"Brent" markalı neftin qiyməti kəskin düşdü
09:10
Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
09:04
Ziya Öztürkler AZƏRBAYCANDA
09:01
Qalibaf Azərbaycana gəldi - Fotolar
08:55
KİV: Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən ləngidib
08:27
BU ÖLKƏDƏ ən isti gün yaşandı- 1800 məktəbdə dərslər dayandırıldı
08:05
Qızılın qiyməti 11 iyundan bəri ilk dəfə 4100 dollardan aşağı düşüb
07:56
İlon Mask trilyoner statusunu itirib
07:32
DÇ-2026: Kolumbiya - Konqo oyununda qolsuz bərabərlik davam edir - YENİLƏNİR-2
07:10
Bloomberg: ABŞ ordusu ucuz raketlərin hazırlanmasını tələb edir
06:48
Nigeriyada qorxunc hadisə: Qadını küçədə diri-diri yandırdılar
06:32
DÇ-nin finalında kuboku O TƏQDİM EDƏCƏK
06:04
Trampa qlobal etimad 23%-ə düşüb
05:58
Albaniyada turizm layihəsinə qarşı etirazlar 24 gündür davam edir
05:30
Lukaşenko uzunmüddətli xarici səfərə çıxır
04:57
Oman Hörmüz boğazında nəzarəti gücləndirir
04:35
DÇ-də qolsuz heç-heçə
04:10
Pakistan lideri ABŞ-İran danışıqlarına münasibət bildirdi
03:40
SOCAR “ağıllı şəhər” üzrə innovasiya müsabiqəsi elan edib
03:20
Hakimləri təhqir edən şərhçi DÇ-2026-dan uzaqlaşdırıldı
03:00
Azərbaycanlı polis Ukraynada yüksək vəzifəyə təyin olunub
02:55
Beynəlxalq Atom Enerjisi Agentliyi İrana gedir
02:50
Ryabkov: "Rusiya və ABŞ əlaqələri davam edəcək"
02:44
Bakının bəzi ərazilərində elektrik enerjisində fasilə yaranacaq
02:39
Naxçıvanda ağır yol qəzası: üç nəfər xəstəxanaya yerləşdirildi
02:20
FHN-də kadr dəyişikliyi - Polkovnikin vəzifəsinə xitam verilib
02:12
Braziliyalı əfsanə futbola qayıtdı - BU KLUBA İMZA ATDI
02:05
Fransa millisində YAS VAR
02:01
Türkiyədə sakinlər 200 kiloqramlıq dron tapıblar
01:56
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR