“Space” Müstəqil Teleradio Şirkətində kadr dəyişikliyi həyata keçirilib.
EDnews xəbər verir ki, Elçin Rəhman oğlu İsmayılov şirkətin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə təyin edilib.
Məlumata görə, Elçin İsmayılov Azərbaycan Dillər Universitetinin məzunudur. O, bundan əvvəl müxtəlif özəl şirkətlərdə və bank sektorunda kreativ və kommunikasiya sahələri üzrə baş mütəxəssis, eləcə də rəhbər vəzifələrdə çalışıb.
Yeni təyinatdan sonra E. İsmayılov “Space” televiziyasında idarəetmə və kommunikasiya istiqamətləri üzrə fəaliyyətini davam etdirəcək.






