Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.
EDnews xəbər verir ki, bu barədə Ölkə.az məlumat yayıb.
Məlumata görə, quruma şəhərin tanınmış ağsaqqallarından olan Eldar İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Eldar İsmayılov 1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra müxtəlif dövlət və yerli özünüidarəetmə orqanlarında fəaliyyət göstərib. O, 1999-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü, 2014-cü ildən isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri - Aparat rəhbəri vəzifəsində işləyib.
Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.






